DataLife Engine > Muxtelif - Разное > Ağciyəri olmayan qurbağa növü tapılıb

Ağciyəri olmayan qurbağa növü tapılıb


10 мая 2008. Разместил: Ismail

Ağciyəri olmayan qurbağa növü tapılıb

Tədqiqatçı alim Devid Bikford və Sinqapur Universitetinin mütəxəssisləri Barneo adasında qurbağaların yeni növünü tapıblar.

Uzun müddət bu məsələ ətrafında araşdırmalar aparan mütəxəssislər ağciyərləri olmadan rahat nəfəs ala bilən qurbağaların varlığını üzə çıxarıblar. İlk dəfə bu qurbağaları 1978-ci ildə Banduqa Texnoloji İnstitutunun bioloqu, indoneziyalı Coko İskəndər görüb. Ancaq alimin onları yarıb içinə baxmaqdan boyun qaçırması bu iddiaların sübut olunmasına imkan verməyib. Bu addımı atmağa yalnız uzun müddət sonra Devid Bikford cəsarət edib. Bikfordun rəhbərlik etdiyi mütəxəssislər heyəti müəyyənləşdirib ki, sözügedən qurbağalar dəriləri vasitəsilə nəfəs alırlar. Qurbağalar arasında belə növ ilk dəfədir ki, tapılıb və ümumiyyətlə, 4 ayaqlılar içərisində bu, çox nadir haldır. /zaman.az/