Braziliyanın Rio de Janeiro şəhərində keçirilən Dünya çempionatında idmançımız
Elmar Bayramov Benquela və Regional növü üzrə 40 idmançı arasında 3-4 yerləri
bölüşdürmüş və bürunc medala layiq görülmüşdür. Qeyd edək ki,
Azərbaycan Kapoeyra Federasiyası 2007-ci ilin dekabr ayında yaranandan bəri bu
idmançılarımızın ilk yarışda iştirakıdır və bu ilk qazanılmış medaldır.
Xatırladaq ki, idmançılarımız bundan öncə 2008-ci ildə ABŞ-da və Türkiyədə
beynəlxalq seminarlarda iştirak etmişlər. Biz də idmançimızı təbrik edirik və
onun timsalında bütün Azərbaycan Kapoeyra Federasiyası idmançilarına bu
qələbədən və bu uğurlardan Azərbaycana tez- tez bəxş etməyini diləyirik.
Azərbaycan Kapoeyra Federasiyası (24 yanvar 2009)