UEFA
kubokunun yarımfinalında Ukrayna və Almaniya yarımfinalları baş tutacaq
UEFA
kuboku 1/4 finalının ilk yarımfinalçısı öz meydanında Fransa PSJ-sini darmadağın
edən Kiyev «Dinamo»su oldu. Ev sahiblərinin heyətində Banqura və Vukoeviç
fərqləndilər, daha bir topu fransalıların qapıçısı Mikael Landro öz qapısına
atdı. Bir həftə əvvəl baş tutan ilk qarşılaşma zamanı hesab açılmamışdı.
1/2
finalda kiyevlilər başqa Ukrayna komandası – Donetsk «Şaxtyor»u ilə görüşəcəklər.
Luçeskunun komandası ilk matçda Fransa «Marsel»i üzərində 2:0 hesablı qələbə
qazanandan sonra, səfərdə də rəqibini devirdi – 2:1. Donetsklilərin braziliyalı
legioneri Fernandinyonun qoluna marsellilər təkcə Hatəm Ben Arfanın qolu ilə
cavab verdilər, əlavə olunmuş vaxtda isə Luis Adriano «Şaxtyor»a qələbə gətirən
qola imza atdı.
İkinci yarımfinalda iki alman klubu üz-üzə gələcək. Bremen «Verderi» İtaliya «Udineze»si
üzərində ev qələbəsindən sonra (3:1), səfərdə qollu heç-heçəyə nail oldu – 3:3.
Hətta ilk hissənin gedişində friuliyalılar hər iki matçın nəticəsinə görə hesabı
bərabərləşdirməyə müvəffəq olmuşdular, ikinci hissənin əvvəlində isə daha bir
neçə qol vurmaq üçün gözəl imkanlar əldə etsələr də, bundan yararlanmaq
italyanlara nəsib olmadı. Əvəzində bremenlilər daha iki qol vuraraq 1/2 finala
adladılar. «Udineze»nin heyətində türk əsilli isveçrəli Gökhan İnler və iki dəfə
Fabio Kualyarella fərqləndilər, bremenlilərdən Dieqo dubl etdi, daha bir qolu
isə qapıdan Pisarro keçirdi. Dieqo öz hesabına het-trik də yaza bilərdi, ancaq
Domitsinin özü üzərində yol verdiyi fola görə hakimin təyin etdiyi penaltini
Handanoviç dəf etdi. Bu epizodda müdafiəçinin topu xapı xəttindən çıxarandan
sonra isə künc zərbəsindən gələn topu Pisarro qapıdan keçirib.
Bremenlilərin yarımfinalda rəqibi səfərdə «Mançester Siti»yə sərfedici hesabla
(1:2) məğlub olan «Hamburq» olacaq. Bu hesaba almanlar perulu forvard Gerreronun
matçda hesabı açması hesabına nail ola bilib. Sonra mançesterlilər Elano və
Felipe Kaysedonun qolları hesabına irəli çıxa bilsələr də, azlıqda
qaldıqlarından lazım olan bir topu vura bilməyiblər. İlk matç «Hamburq»un 3:1
hesablı qələbəsi ilə başa çatmışdır.
İlk
yarımfinal matçları aprelin 30-da Kiyev və Bremendə, cavab görüşləri isə mayın
7-də Donetsk və Hamburqda baş tutacaq. Ukrayna və alman klublarının iştirakı ilə
final qarşılaşması mayın 20-də İstanbulda keçiriləcək.