İspaniyanın “Barselona” klubu səfərdə İngiltərənin “Çelsi” klubu ilə heç-heçə
oynayaraq iki oyunun nəticəsinə uyğun olaraq finala çıxıb. Hesab hələ
9-cu dəqiqədə açılıb. “Çelsi”nin oyunçusu Essyen cərimə meydançasının kənarından
gözəl zərbə ilə hesabı açıb. Bundan sonra oyun londonluların diqtəsi ilə keçib.
İspaniyalıların əsas oyunçularının hamısını “zərərsizləşdirən” “Çelsi” qapısı
ağzında təhlükəli vəziyyət yaradılmasına imkan verməyib...