
İspaniyanın “Barselona” klubu İngiltərənin “Mançestr Yunayted” komandasına 2:0
hesabı ilə qalib gəlməklə futbol üzrə Çempionlar Liqasının qalibi olub. Romada
keçirilən görüşün əvvəlindən Xosep Qvardiolanın yetirmələri ser Aleks Fergüsonun
komandasından daha maraqlı təsir bağışlayıblar. İspanlar rəqibə hücum xarakterli
oyun oynamağı təklif etsələr də, İngiltərə çempionu buna hazır olmadığını
nümayiş etdirib.