Hicablı müsəlman idmançı xanımlarını yarışlardan uzaqlaşdırmaq üçün Kanadanın müxtəlif idman federasiyalarinin daima istifadə etdikləri bəhanə bir müsəlman tədqiqatçının səyləri nəticəsində aradan qalxmışdır. Belə ki, Kanada vətəndaşı olan bu müsəlman hicablarına riayət edən idmançı xanımlar üçün xüsusi bir baş üçün geyim hazırlamışdır ki, qadınlar ondan istifadə edərək, idman yarışlarında iştirak edə bilsinlər.
İlham Seyyidicəvad adlı bir iş adamı artıq 50 ildir ki, Kanadanın Monreal şəhərində yaşayır. O, elə əvvəllər də hicablı qızlara geyim hazırladığı üçün Kanada mətbuatının diqqətini cəlb etmişdir. İ.Seyyidicəvad deyir: “Mən bu fikirdəyəm ki, heç bir müsəlman qız idman meydanından hicabına görə uzaqlaşmamalıdır. Mən idmançi qızların hicablarına görə idman meydançalarından uzaqlaşdırılmasına görə, burada təhsil institutun üçüncü kursundan başlayaraq tədqiqatlarımı bu problemin həllinə həsr etdim. İdman hicabını idman hərəkətlərinə görə hazırladım. Elə bir geyim hazırladım ki, başdan ayrılmadan idmançıya mane olmur və isti saxlamır. Kətan parçadan istifadə edilir və baş örtüyü hissəsi tüklərlə örtülür ki, parça nəfəs ala bilsin. Belə parça hətta dartilan zaman da boyuna heç bir xətər yetirmir. Bu layihəni 20 dəfə yeniləmişəm və müxtəlif layihələr təqdim etmişəm. Nəhayət istədiyim yaxşı nəticəyə çatdım”.İki il davam edən tədqiqatlardan sonra Kanadanın Taekvando Federasiyasının xahişi ilə bu geyim müsəlman qızlara təqdim edildi. Və yarışlarda iştirak edən hicablı müsəlman qızlardan dördü qızıl və biri gümüş medal qazanmışdır. /